BDU-nun Şərqşünaslıq fakültəsində tərcümə nəzəriyyəsinin aspektləri təhlil edilib

07/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tərcümə nəzəriyyəsinin aspektləri” mövzusunda dəyirmi masa keçirilib.


Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə tələbələrə tərcümə nəzəriyyəsi, vərdişləri, bu prosesdə qarşıya çıxan çətinliklər barədə məlumat verib, dil biliklərinin artırılmasını tövsiyə edib.

Fakültənin Ərəb filologiyası kafedrasının müəllimi, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Heybət Heybətov tərcümə sənətinin bəşəriyyətin mədəni inkişafında mühüm rola malik olduğunu qeyd edib. Bildirib ki, tərcümə millətlərin yaxınlaşması, dostlaşması, bir-birinin inkişafından bəhrələnməsinin əsasını təmin edən bir aktdır.

Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev çıxışında tərcümənin növləri (sinxron, ardıcıl, şifahi tərcümə, peşəkar və qeyri-peşəkar tərcümə) barədə danışıb, özünün tərcüməçilik fəaliyyəti haqqında məlumat verib.

Ərəb filologiyası kafedrasının müəllimi Kamil Miriyev “Tərcümədə frazeoloji birləşmələr” mövzusunda məruzə ilə çıxış edib.

Fakültənin IV kurs Regionşünaslıq (İsrail üzrə) ixtisasının tələbəsi və fakültə TEC-in sədri Elnarə Həsənova Sami-Hami dil qrupuna aid olan ibri və ərəb dillərində tərcümə zamanı ortaya çıxan oxşar və fərqli cəhətlərdən danışıb.

Dəyirmi masa mövzu ilə bağlı müzakirələrlə davam edib.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026