BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində

29/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin bakalavriat səviyyəsi üzrə “Filologiya” (ərəb dili və ədəbiyyatı üzrə) ixtisası üzrə buraxılış kurs tələbələrinin Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsi uğurla davam edir.

Təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq, onların ərəb dili üzrə kommunikativ bacarıqlarını gücləndirmək və peşəkar fəaliyyətə hazırlıq səviyyələrini artırmaqdan ibarətdir. Tələbələr misirli müəllimlərin iştirakı ilə təşkil olunan danışıq dərslərində fəal iştirak edir, canlı ünsiyyət şəraitində dil biliklərini təkmilləşdirirlər.

Tələbələr Mərkəzin kitabxanasında müxtəlif mətnlərin tərcüməsi ilə məşğul olur, ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümə bacarıqlarını inkişaf etdirirlər. Təcrübə müddətində onların analitik düşünmə, mətn üzərində işləmə və terminoloji dəqiqlik kimi peşəkar keyfiyyətləri də formalaşır.

Proqram çərçivəsində tələbələr həmçinin müxtəlif dinləmələrdə, təqdimatlarda və mədəni tədbirlərdə iştirak edərək ərəb dünyasının dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı biliklərini daha da genişləndirirlər. Bu kimi fəaliyyətlər tələbələrin dünyagörüşünün artmasına və beynəlxalq mühitdə ünsiyyət bacarıqlarının formalaşmasına mühüm töhfə verir.

Qeyd edək ki, istehsalat təcrübəsinin bu cür beynəlxalq mühitdə təşkili tələbələrin gələcək karyera imkanlarının genişlənməsinə, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına xidmət edir.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026