BDU-nun SABAH qrup tələbələri “Topçubaşov Məhkəmə Müsabiqəsi 2017”nin qalibləriolublar

17/05/2017

ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi və Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin görkəmli siyası xadimƏlimərdan bəy Topçubaşovun xatirəsinə həsr etdiyi “Topçubaşov Məhkəmə Müsabiqəsi”nin növbəti mərhələsi ADA Universitetində keçirilib. Müsabiqə əsasən kommersiya münasibətləri ilə bağlı ortaya çıxan problemli hüquqi məsələlərə aid xəyali iş üzərində aparılır. İştirakçı komandalar (hər komanda 4 nəfərdən ibarət olur) İddiaçı və Cavabdeh brifləri (iddia ərizəsinin ekvivalenti) yazır. Briflərdən ən yaxşı nəticə göstərən 8 komanda şifahi çəkişmələrdə çıxış etmə hüququ qazanır.

“Topçubaşov Məhkəmə Müsabiqəsi 2017”nin qalibləri, BDU-nun Hüquqşünaslıq ixtisasında təhsil alan SABAH qrupı tələbələri Sara Həsənli, Fatma Mustafayeva, Aydan Məmmədli və Çinarə Qasımova olublar. "Ən yaxşı iddiaçı brifi" nominasiyasının qalibi Pərvanə Allahverdiyeva, Cavid Abdurrəhmənov, Günay Səfərli, Aysel Qarayeva, "Ən yaxşı oralist" nominasiyasının qalibi isə Fatma Mustafayeva olub.

Mətbuat və informasiya şöbəsi, 16 may, 2017-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026