BDU-nun “SABAH” qrup tələbələri Respublika elmi konfransında

26/10/2016

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elm müəssisəsi və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə və böyük şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı və başqaları Azərbaycan ədəbiyyatının parlaq simalarından olan ədibin ömür yoluna nəzər salıb, Cavid şəxsiyyəti haqqında çıxış ediblər.
Konfrans öz işini Hüseyn Cavidin Ev Muzeyində davam etdirib. Burada mövzu ilə bağlı məruzələr dinlənilib. Məruzəçilər “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam”, “Azər”, “Topal Teymur”, “Uçurum” və digər ölməz əsərlərin müəllifi olan böyük şair Hüseyn Cavidin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.
Konfransa respublikanın bütün ali təhsil müəssisələrindən yüzlərlə tədqiqatçılar, cavidşünaslar qatılıb. Bakı Dövlət Universiteti SABAH qrupları Azərbaycan dili və ədəbiyyatı ixtisasının 3-cü kurs tələbələri də filologiya üzrə fəlsəfə doktoru Yeganə Xanlarovanın rəhbərliyi ilə konfransda universiteti layiqincə təmsil ediblər. Tələbə Gülər İsmayılova “Hüseyn Cavid yaradıcılığında qadın azadlığı problemi”, Xəyalə Kazımovanın “Hüseyn Cavid yaradıcılığında şeir” mövzusunda etdikləri elmi məruzələr maraqla qarşılanıb. Tələbələrin məruzələri konfrans materiallarında çap olunub. Uğurlu çıxışlarına görə tələbələrin hər biri təşkilat komitəsi tərəfindən diplomla mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2016-cı il.

Xəbərlər

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib
29/04/2026

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb
29/04/2026

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək
29/04/2026