BDU-nun SABAH qrupları tələbələrinə ustad dərsi keçirilib

07/03/2023


Böyük Britaniyanın Bradford Universitetinin professoru Behrooz Morvaridi Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının tələbələrinə onlayn qaydada “Məcburi miqrasiya: köçürülmə və yenidən məskunlaşma” (“Forced migration: displacement and resettlement”) mövzusunda ustad dərsi keçib.  

Ustad dərsində miqrasiya anlayışı, növləri, məcburi miqrasiyanın şərtləri, əlamətləri, dünya dövlətlərinin qaçqınlarla bağlı siyasəti haqqında tələbələrə geniş məlumat verilib. Azərbaycanın da qoşulduğu “Qaçqınların statusu haqqında Konvensiya” şərh edilib. Ustad dərsində Azərbaycanın Böyük Qayıdış Proqramı geniş müzakirə olunub, qaçqın və məcburi köçkünlərin yenidən məskunlaşmasının vacibliyi vurğulanıb.   

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026