BDU-nun SABAH qruplarının 3 komandasından İT üzrə bilik yarışmasında uğurlu nəticə

26/10/2022

Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində ”Şuşa ili”nə həsr olunmuş İT üzrə bilik yarışmasının final mərhələsi başa çatıb.

Bilik yarışmasının final mərhələsində 5 saat ərzində 9 alqoritmik məsələnin C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırıqları verilib.

Bilik yarışmasında BDU, ADNSU, ADPU, AzTU və BMU-nun Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektronika telekommunikasiya və radiotexnika və digər ixtisaslarında təhsil alan SABAH qrupları tələbələrindən ibarət 92 komanda iştirak edib.

BDU-nun 3 komandası yarışmada uğurlu nəticələr əldə edib. Belə ki, BDU-nun SABAH qruplarının “CodeNinja” və “SABAHTech” komandaları yarışmada II yerə,  “OneZero” komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, İT üzrə bilik yarışmasının təşkil edilməsində məqsəd İT sahəsinə olan marağın, tələbələrin elmi-yaradıcı təşəbbüslərinin artırılması, onların sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi, istedadlı gənclərin elmi-yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026