BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
08/07/2025
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Kimya müəllimliyi”, “Hüquqşünaslıq”, “Fizika müəllimliyi” ixtisasları üzrə builki məzunları Cavidan Hacıəliyev, Miranə Ağayeva, Rüqəyya Xıdırova, İlqarə Mirzəyeva üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olmaq haqqını qazanıblar.
Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
Məzunlarımıza uğurlar arzulayırıq!




Xəbərlər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
