BDU-nun SABAH qruplarının məzunu SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının qalibi olub

12/12/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kompüter elmləri ixtisası üzrə məzunu Ağababa Bağırov Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF 2023 -Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edib. Ağababa Bağırov "Game Award Azerbaijan 2023" oyun mükafatlandırılmasında ən unikal ideya nominasiyası üzrə hazırladığı "Homo Ludens" kompüter oyunu ilə qalib olub.  
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. STEAM Azərbaycan Festivalı 14 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunub.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025