BDU-nun SABAH qruplarının tələbələri üçün ekstremal şəraitdə psixoloji xidmətin təşkilinə dair praktik dərs

14/06/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Psixologiya ixtisasının II kurs tələbələri və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları üçün ekstremal şəraitdə psixoloji xidmətin təşkilinə dair praktik dərslər təşkil olunub.

BDU-nun SABAH qruplarının Ümumi psixologiya fənninin müəllimi Aytən Quliyevanın rəhbərliyi ilə dərs prosesində tələbələr ekstremal şəraitdə psixoloji xidmət, fəlakətlər və insan psixologiyası, insan psixologiyasının sosial-psixoloji aspektləri barədə təqdimatla çıxış edib, testlər keçiriblər.

Dərs zamanı ekstremal və fövqəladə hallar zamanı xilasedicilərin hadisələri aradan qaldırması yolları nəzəri-praktiki cəhətdən izah olunub.

Praktiki dərsin keçirilməsində məqsəd ekstremal və fövqəladə vəziyyətlərdə xilasedicilərin adekvat reaksiyaya hazırlıqlı olmasıdır.

Xəbərlər

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
10/07/2026

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
10/07/2026