BDU-nun SABAH qruplarının tələbələri üçün "Hüquqşünas masası" keçirilib

15/11/2023

Ədliyyə Akademiyası və SABAH Mərkəzinin əməkdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün “Azərbaycan Respulikasında cəza-icra siyasəti: mövcud vəziyyət və inkişaf prespektivləri” mövzusunda növbəti “Hüquqşünas masası” keçirilib.

Tədbirdə BDU-nun SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan 150 tələbəsi iştirak edib.

BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Elçin Xələfovun moderatorluğu ilə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi SABAH Icra Komitəsinin rəhbəri Eldar Qocayev,  Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidmətində uzun müddət məsul vəzifələrdə çalışmış Musa Hümbətov, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Cabir Quliyev öz məruzələri ilə çıxış ediblər.

Məruzələrdə Azərbaycan Respublikasında mövcud cəza-icra siyasəti, müstəqillikdən sonrakı dövrdə cəza-icra sisteminin təşkili, inkişafı, bu sahədə aparılmış islahatlar,  əldə olunmuş uğurlar, gələcək perspektivlər barədə geniş məlumat verilib.

Tədbir tələbələrin aktiv iştirakı ilə müzakirə şəklində davam edib.

 

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026