BDU-nun SABAH qruplarının tələbələri üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində infosessiya

11/07/2025

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Fizika müəllimliyi” ixtisasının tələbələri və “Nanohissəciklər fizikası” ixtisaslaşmasının magistrantları üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentində infosessiya keçirilib.

İnfosessiya zamanı tələbələr departamentdə aparılan müasir elmi-tədqiqat prosesləri, nüvə və material fizikası sahəsində tədqiqatlarla tanış olub, eksperimental tədqiqat metodikaları və qabaqcıl texnoloji avadanlıqları haqqında məlumat əldə edib, eksperimentlər aparıblar. Tələbələrə radioloji təhlükəsizlik prinsipləri və nüvə elmlərinin tətbiq sahələri barədə də məlumat verilib. Departamentin alimləri tərəfindən keçirilən sessiyada iştirakçılar fundamental və tətbiqi fizikanın sərhədləri mövzusunda müzakirələrdə iştirak ediblər.

Gənc tədqiqatçılar laboratoriya mühitində müşahidə etdikləri eksperimental prosesləri təhlil edib. Səfər çərçivəsində interaktiv diskussiyalar və sual-cavab sessiyaları da təşkil olunub.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026