BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

07/01/2026

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Biologiya müəllimliyi” ixtisasının IV kurs tələbəsi Vüsalə Cəfərli Tacikistanın Düşənbə şəhərində “MDB-yə üzv dövlətlərin Kimyaçılar Məktəbi” layihəsi çərçivəsində təşkil olunmuş beynəlxalq elmi tədbirdə “Nanohissəciklər və canlı sistemlər: faydalar və risklər” mövzusunda təqdimat edib.

Beynəlxalq elmi tədbirdə müasir kimyanın aktual problemləri, kimya təhsili və elmi-tədqiqat fəaliyyətinin inkişaf perspektivləri, ekoloji təhlükəsizlik, suyun kimyəvi təmizlənməsi üsulları, innovativ kimyəvi texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Proqram çərçivəsində alimlərin mühazirələri, iştirakçıların elmi təqdimatları və məruzələri dinlənilib.

 

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026