BDU-nun SABAH qrupu tələbələrinin idman uğurları

12/05/2023

SABAH qrupları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 28 May - Müstəqillik Gününə həsr olunmuş idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə edilən idman yarışlarında şahmat üzrə 82, dama üzrə 63, atıcılıq yarışlarında isə 75 tələbə iştirak edib. Yekun nəticəyə əsasən, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Murad Rzayev şahmat və dama üzrə I yerin qalibi olub. BDU-nun tələbəsi Əli Mirzəyev dama yarışı üzrə III yerə layiq görülüb.

28 May - Müstəqillik Gününə həsr olunan idman yarışlarında BDU-nun “SABAH-ın zəfəri” komandası futzal üzrə II yerə sahib olub. Futzal yarışları üzrə “Ən yaxşı oyunçu” nominasiyasında BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının tələbəsi,  “SABAH-ın zəfəri” komandasının üzvü İsmayıl Süleymanlı təltif olunub.

Yekun nəticəsinə əsasən, oğlanlar arasında keçirilən voleybol üzrə idman yarışlarında BDU-nun “SABAH-ın qvardiyası” komandası II yeri tutub.  

Basketbol yarışının yekun nəticəsinə əsasən, BDU-nun “SABAH-ın zirvəsi” komandası I, “İşıqlı SABAH-lar” komandası isə II yerə layiq görülüb. Basketbol üzrə idman yarışının “Ən yaxşı oyunçu” nominasiyasında BDU-nun “SABAH-ın zirvəsi” komandasının üzvü Əli Məmmədov qalib olub.

Qaliblərin hər biri diplom və hədiyyə ilə mükafatlandırılıb.

Tələbələrimizi təbrik edirik!


Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026