BDU-nun sabiq rektoru Mehdi Əliyevin şəxsi kitabları Elmi Kitabxanaya hədiyyə olunub

10/07/2023

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Mehdi Əliyevin şəxsi kitabxanası nəvəsi Hüseyn Əliyev tərəfindən BDU-nun Elmi Kitabxanasına hədiyyə edilib.

Tanınmış alim-pedaqoq, 1965-1970-ci illərdə BDU-ya təhbərlik etmiş Mehdi Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanın tərtibi məsələlərinə xüsusi əhəmiyyət verib. O, tələbələr üçün bir çox vacib dərslikləri rus dilindən Azərbaycan dilinə tərcümə edib və ali məktəblər üçün “Optika” kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olub. Hədiyyə edilən 150-yə yaxın kitab arasında alimin özünün müəllifi olduğu kitablarla yanaşı, görkəmli alimlərin imzaları ilə ona bağışlanan nəşrlər də var. Bunların arasında Azərbaycanın böyük yazıçısı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, Adolf Yuşkeviçin “Историко-математические исследования”, fiziki kimyaçı və biofizik Mixail Volkenşteynin “Строение и физические свойства молекул” kitablarını göstərmək olar. Hədiyyə olunan kitablar arasında nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş professor Lev Landaunun kitabları da yer alır.

Təqdim olunan kitablar içərisində sabiq rektorun “Optikadan məsələlər və suallar” adlı mühazirələrindən ibarət əlyazması da mövcuddur.

BDU Elmi Kitabxanasının fondunda qorunacaq bu kitablar Universitetin tələbə, müəllim və professor heyəti üçün əvəzsiz qaynaq rolunu oynayacaq.

Xəbərlər

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyat paytaxtı Şuşa haqqında nəşrlər”
24/06/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar
24/06/2025

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib  
24/06/2025