BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının filialında yeni tədris ilinə hazırlıq məsələləri müzakirə olunub

22/09/2021

Sentyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) Seysmologiya və Yer təkinin fizikası kafedrasının AMEA-nın Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən filialında 2021/2022-ci tədris ilində tədrisin təşkilinə həsr olunmuş görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, həmin İnstitutun Yer fizikası seksiyasının rəhbəri akademik Fəxrəddin Qədirov, BDU-nun Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev və filialın əməkdaşları iştirak ediblər.

Görüşdə yeni tədris ilində filialın fəaliyyəti, filialda tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fərda İmanov Universitetdə təhsil sahəsində həyata kerilən islahatlar, tədris prosesində tətbiq edilən yeni interaktiv təlim texnologiyaları haqqında məlumat verib.

Akademik Akif Əlizadə tədris-elm-istehsalat əlaqələrinin inkişaf etdirilməsində filialın əhəmiyyətli rol oynadığını bildirib. Akademik Fəxrəddin Qədirov bakalavr və magistrantların dərs və istehsalat təcrübələri üçün yaradılmış şərait haqqında məlumat verib.

Sonra tədris otağına və seysmoloji müşahidələri yerinə yetirmək üçün  cihazların yerləşdirildiyi laboratoriyalara baxış keçirilib.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026