Sənaye Kimyası Laboratoriyası əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

13/06/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində yeni yaradılan Sənaye Kimyası Laboratoriyasının əməkdaşları Hüseynzadə Ələkbər və Hacı Vahid Axundzadə professor Ülviyyə Həsənovanın rəhbərliyi altında İtaliyanın Pavia, Fransanın Lorraine və Tunisin Carthage Universiteti ilə birgə çalışdıqları "Synthesis, crystal structure and antibacterial properties of 6-methyl-2-oxo-4-(quinolin-2-yl)-1,2,3,4-tetrahydropyrimidine-5-carboxylate" ("6-metil-2-okso-4-(xinolin-2-il)-1,2,3,4-tetrahidropirimidin-5-karboksilatın sintezi, kristal quruluşu və antibakterial xassələri") adlı elmi-tədqiqat işi Journal of Molecular Structure (impakt faktor 2.1) jurnalında dərc olunub.

Məqalə yeni bioloji-aktiv dihidropirimidinlər sinfinə aid olan birləşmənin sintezi, quruluşunun X-ray metodu və Hirshfeld səth analizi ilə tədqiqinə həsr olunub. Bundan əlavə, sintez olunan birləşmənin antibakterial aktivliyi 3 müxtəlif bakteriyaya (S. aureus, P. aeruqinosa, E. coli) qarşı öyrənilmiş və məlum antibiotiklərin (sefotaksim və seftriakson) aktivliyi ilə müqayisə edilib. Tədqiqat zamanı müəyyən olunub ki, yeni sintez olunan dihidropirimidinin antibakterial aktivliyi qeyd olunan hər iki antibiotikdən yüksəkdir.

1968-ci ildən Elsevier ScienceDirect tərəfindən nəşr olunan Journal of Molecular Structure jurnalı kimyada molekulyar quruluşların tədqiqatına həsr olunan Q3 reytingli jurnallardan biridir. (Joural Citation Reports, Clarivate Analytics 2019).

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1016/j.molstruc.2020.128581

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025