BDU-nun Sənaye kimyası laboratoriyasında çoxşaxəli işlər görülür

26/09/2020

Bakı Dövlət Universiteti (BDU) ölkədə ali təhsil sisteminin formalaşmasında, elmi-tədqiqat işlərinin müasir standartlara uyğun yeni texnologiyaların tətbiqi ilə aparılmasında, həmçinin ölkənin kadr ehtiyatının təmin edilməsində mühüm rol oynayır. Son zamanlar BDU-da tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması istiqamətində çoxşaxəli işlər görülür. Təhsilalanların nəzəri biliklərinin təcrübədə tətbiqini, elmə meyilli tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsini, intellektual səviyyələrinin formalaşdırılmasını, ali təhsilli mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə mövcud elmi-tədqiqat laboratoriyalarının maddi texniki bazası yenilənir, fəaliyyəti təkmilləşdirilir, həmçinin yeni laboratoriyalar yaradılır.

Universitetdə yeni yaradılan laboratoriyalardan biri 2019-cu ildə fəaliyyətə başlayan Sənaye kimyası laboratoriyasıdır. Laboratoriyada elm və texnologiyanın müxtəlif sahələrində böyük potensiala malik yeni materialların yaradılmasına güclü təkan verə biləcək, həmçinin biotəbabətdə tətbiq olunan ikiperspektivli və sürətlə inkişaf edən bilik sahələrinin, yəni supramolekulyar kimya və nanotexnologiyaların birləşdirilməsinə yönəlmiş intensiv tədqiqatlar aparılır. Laboratoriyada aparılan “Təbii sideroforların xüsusiyyətlərini təqlid edə bilən bioloji aktivliyə malik  heterosiklik birləşmələrin və funksionallaşdırılmış diazokraun efirlərin sintezi”, “Öz-özünü qurma və təşkiletməyə əsaslanan qeyri-kovalent qarşılıqlı təsir nəticəsində yaranan maqnetit və gümüş nanohissəcikli funksionallaşdırılmış kraun efirlərin supramolekulyar ansambllarının alınma metodlarının işlənməsi”, “Alınmış funksionallaşdırılmış kraun efirlərin və supramolekulyar ansamblların quruluşunun və fiziki-kimyəvi xassələrinin öyrənilməsi”, “Alınmış funksionallaşdırılmış kraun efirlərin və nanostrukturların bioloji aktivliyinin tədqiqi”, “Funksionallaşdırılmış kraun efirlərin istifadə olunan antibiotiklərə münasibətdə sinergetik effektinin təyini”, “Dəmir, nikel və kobalt nanohissəciklərinin sıfır oksidləşmə dərəcəsində alınması/stabilləşdirilməsi və onların ətraf mühitin çirklənməsi məsələlərinin həllində mülayim reduksiya edici kimi tətbiqi”, “Qrafen oksidin alınması və kraun efirlə funksionallaşdırılması, həmçinin, funksionallaşdırılmış qrafen oksid və metal nanohissəcikləri əsasında hibrid nanostrukturların alınması”, “Halqasında Şiff fraqmentləri olan makroheterotsikllərlə modifikasiya olunmuş titan oksid əsaslı yeni effektiv fotokatalitik sistemlərin alınması”, “Bijinelli reaksiyası ilə alınmış dihidropirimidinlər və qrafen oksid nanolayları əsasında supramolekulyar ansamblların sintezi və onların bioloji aktivliyinin tədqiqi”, “Qrafenəbənzər kalsium hidroksid nanolayların sintezi və sement gücləndirici əlavə kimi tətbiqi” elmi tədqiqat işlərinin əsasında indiyə qədər “Clarivate Analytics” beynəlxalq bazasına daxil olan jurnallarda 20-dən çox elmi əsər çap olunub və patent alınıb.

Sənaye kimyası laboratoriyası AMEA-nın Radiasiya Problemləri İnstitutu, Azərbaycan Tibb Universiteti, AMEA-nın Fizika İnstitutu və Azərbaycan Dövlət Neft və Sanayə Universiteti, həmçinin Fransanın Claude Bernard Lyon 1 və Lorrein Universitetləri, İnstitute Lumiere Matiere elmi araşdırmalar Mərkəzi, Türkiyənin Yıldız Teknik, Ostim Teknik və Sivas Cümhüriyyət universitetləri, Amerikanın Northeast Ohio Medical University, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu və İtaliyanın Pavia Universiteti ilə əməkdaşlıq edir.

Hazırki pandemiya şəraitində laboratoriya əməkdaşlarının tədris etdiyi dərslər “Microsoft Teams” platforması üzərindən məsafədən təşkil edilir, mühüm elmi nəticələr müzakirəyə çıxarılır, yeni innovativ ideyalar haqqında mülahizələr irəli sürülür. Eyni zamanda Fransanın Lorraine, Tunisin Carthage, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İllinois universitetlərinin professorları ilə yeni elmi məqalələr üzərində məsləhətləşmələr aparılır.

Həmçinin, laboratoriya əməkdaşlarının üzərində çalışdıqları “The design of the novel peptide based antimicrobial agents and their in vitro/in vivo investigation”, “Thermodynamic modeling of Asphaltene Precipitation”, “Elemental analysis by X-ray Fluorescence Spectroscopy”, “Mineralogy analysis by X-ray Powder Diffraction”, “Salinity variation study in a Caspian Basin oil Field”, “Ca(OH)2 and CaCO3 based nanomaterials for cement reinforcement”, “Synthesis of graphene oxide and silver nanoparticles based biologically active supramolecular ensembles”, “Development of novel graphene oxide based piezophototronic devices”, “New membranes for desalination membranes”, “Functionalization of surgical meshes”, “Activity recovery of traditional antimicrobial agents on resistant strains by nanosupramolecular approach” layihələri üzrə araşdırmalar onlayn formada davam etdirilir, alqoritmlər hazırlanır, modelləşdirmə və kodlaşdırma işləri görülür.

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024