BDU-nun son kurs tələbələri buraxılış işlərini müdafiə edirlər

14/06/2019

Bakı Dövlət Universitetində 2018-2019-cu tədris ilinin buraxılış kurslarının bakalavr işlərinin müdafiəsi keçirilir.

Bu ali məktəbin tarix fakültəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Şahin Fərzəliyevin sədrliyi ilə Yekun Attestasiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Türk xalqları tarixi kafedrasında buraxılış işlərinin müdafiəsi olub. Tələbələr Azərbaycan, rus və ingilis dilində Atatürkün başçılığı ilə türk xalqının milli-azadlıq mübarizəsi, türk dövlətləri arasında əlaqələr, Mərkəzi Asiyada ABŞ-ın hərbi-siyasi iştirakı, Sibir xanlığı, etnogeniz məsələləri və türk dünyasına aid digər müxtəlif mövzularda tədqiqatlarını təqdim ediblər.

Eyni zamanda, jurnalistika fakültəsində Yekun Attestasiya Komissiyasının iclası “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sədrliyi ilə keçirilib. Tələbələr “Sənədli filmlərdə mövzu seçiminin həlli yolları”, “Azərbaycan mədəniyyəti xarici mətbuatda (ingilisdilli mətbuat nümunələri əsasında. 2015-2018-ci illər)”, “Azərbaycan-Avropa İttifaqı münasibətləri kütləvi informasiya vasitələrində”, “525-ci qəzet”in tələbə-jurnalistlərinin püxtələşməsində rolu”, “Xarici mətbuatda və Azərbaycanda data jurnalistikanın inkişafı” mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər.

Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.


Mətbuat və informasiya şöbəsi, 14 iyun 2019-cu il.

Xəbərlər

BDU-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir

BDU-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir
04/12/2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş intellektual yarış 

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş intellektual yarış
04/12/2025

BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq daha da genişlənir

BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq daha da genişlənir
04/12/2025