BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

28/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illər üzrə yerinə yetiriləcək elmi tədqiqat işləri haqqında müzakirə aparılıb. Fakültə dekanı Rövşən Cavadov fakültədə fəaliyyət göstərən 8 kafedrada aparılacaq işlər barədə məlumat verib. O bildirib ki, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında müasir fəlsəfənin konseptual problemləri, Fəlsəfə kafedrasında isə XX əsrin ikinci yarısı-XXI əsrin əvvəllərində dünyadakı inkişaf tendensiyalarının fəlsəfi təhlili problemləri üzrə elmi tədqiqat işləri aparılacaq. Psixologiya kafedrasının professor-müəllim heyəti psixologiya elmində yeni çağırışlara dair elmi-tədqiqat işlərini həyata keçirəcəklər. Sosiologiya kafedrasında sosial təhlükəsizlik probleminin nəzəri-metodoloji əsasları, qloballaşan mühitdə onun yeri və rolu məsələləri tədqiqat obyektinə çevriləcək. Sosial iş kafedrasının alimləri Azərbaycanda sosial xidmət sahəsinin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən araşdırmalara başlayacaqlar. Sosial və pedaqoji psixologiya, Gender və tətbiqi psixologiya kafedralarında milli dövlətçilik və tətbiqi psixologiya məsələləri üzərində nəzəri araşdırmalar həyata keçiriləcək.

Xəbərlər

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır
14/01/2025

BDU-da “Konstitusiya və Suverenlik İli” adlı kitab sərgisi

BDU-da “Konstitusiya və Suverenlik İli” adlı kitab sərgisi
13/01/2025

“BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”

“BDU könüllüləri”nin sədri: “Təşkilatımız tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib”
13/01/2025