BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələrinin yaradıcılıq sərgisi

20/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələrinin yaradıcılıq sərgisi keçirilib.

Fakültənin Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova belə sərgilərin tələbələrin estetik zövqünün formalaşmasında əhəmiyyətini qeyd edib.

Sərgidə Sosial iş kafedrasının dosenti Rəna Məmmədova, Psixologiya kafedrasının müəllimi İlahə Hacıyevanın portret və peyzajları, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi Şəlalə Salmanovanın gildən əl işləri, Sosiologiya kafedrasının müəllimi Leyla Fayruşinanın hazırladığı amiqurumi oyuncaqları nümayiş olunur. Sərgidə həmçinin amiqurumi oyuncaqlarının hazırlanması prosesini əks etdirən videoçarx nümayiş olunub. Estetik zövqlə hazırlanan oyuncaqların ekoloji xüsusiyyətləri haqqında tədbir iştirakçılarına məlumat verilib.

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi Şəms Bünyatovanın kişi və qadın başlanğıclarını - iki şəxsiyyət tipini əks etdirən portretləri də maraqla qarşılanıb. Hər iki başlanğıcın harmoniyada olması insanın yaradıcılığına və özünəinamına təkan verir. Bu münasibətin ziddiyyətli olması, “mən”lərin sosial həyata düzgün inteqrasiya olunmaması isə şəxsiyyətin mənəvi və sosial uçuruma düşməsinə səbəb olur.

Fakültənin magistri Aynur Rəhmanzadənin mandala naxış sənətinə dair rəsmləri, III kurs tələbəsi Leyla Salmanovanın Azərbaycan bayrağı fonunda təbiət mənzərəsi də sərgi iştirakçılarının diqqətini cəlb edib.

I kurs tələbəsi Alsu Nuriyeva isə sərgiyə oriqami üslubunda hazırladığı əl işləri ilə qatılıb. Onun rəngli kağızlardan hazırladığı 10 ədəd böyük və kiçik ölçülü vaza, müxtəlif fiqurlar sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Xəbərlər

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar aparılır

BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar  aparılır
13/02/2026