BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin tələbələrinin təcrübə proqramı uğurla yekunlaşıb

24/05/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələrinin tədris təcrübə proqramının bitməsi ilə əlaqədar Psixologiya Elmi-Tədqiqat İnstitutunda yekun konfrans keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev çıxış edib. O, fevralın 18-dən mayın 24-dək davam edən təcrübə proqramının uğurla başa çatması münasibətilə müəllimləri və tələbələri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra BDU-nun Karyera, praktika və məzunlarla əlaqə şöbəsinin müdiri Adil Xasayev 130-dək tələbəyə münbit şəraitə görə yuxarıda adıçəkilən institutun rəhbəri Elnur Rüstəmova təşəkkür edib.

Daha sonra Azərbaycan Respublikasının baş narkoloqu, Respublika Narkoloji Mərkəzinin direktoru, həkim-psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçehri Lalei təcrübə proqramına əsasən tələbələrin Respublika Narkoloji Mərkəzində apardıqlar işlər barədə danışıb.

Qeyd edək ki, təcrübənin bir qismi Narınc Psixologiya Mərkəzində keçirilib. Mərkəzin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova tələbələrin aktivliyindən məmnunluğunu ifadə edib.

Daha sonra lV kurs  tələbəsi, təcrübə rəhbəri Fəridə Şərifova təcrübə müddətində  görülən işlərin hesabatını təqdim edib, digər tələbələr  - İlahə Məmmədova və Mahirə Hüseynova təəssüratlarını bölüşüblər.

Tədbirdə təcrübəni əks etdirən fotolar və video-çarxlar nümayiş etdirilib.

Mətbuat və informasiya şöbəsi, 24 may 2019-cu il.

Xəbərlər

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur
15/01/2026

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026