BDU-nun sosial və humanitar istiqamətlər üzrə 3 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib

20/04/2026

Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində sosial və humanitar istiqamətlər üzrə tədris olunan 3 təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçərək müvafiq akkreditasiya sertifikatları ilə təltif olunub.

Proqramların akkreditasiyası Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik (IQAA) tərəfindən həyata keçirilib. Qazaxıstanda fəaliyyət göstərən bu agentlik Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür.

Akkreditasiya prosesi çərçivəsində “Beynəlxalq hüquq”, “Konfliktologiya” və “Klinik psixologiya” ixtisaslaşmaları üzrə beynəlxalq ekspert komissiyaları tərəfindən Universitetdə kompleks qiymətləndirmə aparılıb. Prosedurlara uyğun olaraq keçirilən sahə səfəri zamanı ekspertlər tədris prosesini, idarəetmə mexanizmlərini və Universitetin ümumi fəaliyyətini yerində qiymətləndiriblər.

Ekspertlər akademik və inzibati heyət, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirərək təhsil proqramlarının məzmunu, tətbiq olunan müasir tədris metodları, keyfiyyət təminatı mexanizmləri və maddi-texniki baza ilə yaxından tanış olublar. Akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin iştirakı da təmin edilib.

Yekun qiymətləndirmənin nəticələrinə əsasən, sosial və humanitar istiqamətlər üzrə magistratura səviyyəsində tədris olunan 3 proqramın 5 il müddətinə (2031-ci ilədək) tam akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, bu akkreditasiya BDU-da həyata keçirilən təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləməklə yanaşı, Universitetin akademik mühitinin inkişafına və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026