BDU-nun Tarix fakültəsində “Beynəlxalq münasibətlər tarixində dönüş yaradan 44 gün” mövzusunda elmi seminar

05/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş elmi seminar keçirilib.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimizin qanı, canı bahasına qazanılan şanlı Zəfərin tariximizin ən parlaq səhifəsi olduğunu bildirib. O, bu şərəfli tarixin hər bir səhifəsinin öyrənilməsinin zəruriliyini vurğulayıb və tarixçilərin öhdəsinə böyük məsuliyyət düşdüyünü xatırladıb.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçirilən elmi seminarda Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Beynəlxalq münasibətlər tarixində dönüş yaradan 44 gün” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Vətən müharibəsində Azərbaycan silahlı qüvvələri tərəfindən 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və bir çox strateji yüksəkliklər erməni işğalçılarından təmizlənib. Bu gün həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanır. Bu qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, düşünülmüş, məharətli diplomatiyasi, qəhrəman əsgərlərimizin igidliyi sayəsində əldə edilib. Artıq qələbəmizin ikinci ilidir. Azərbaycanın həyatında yeni dövr başlayıb, Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-yenidənqurma işləri aparılır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasətinin yeni konturları cızılmağa başlayıb. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunur. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yaxından tanımaq imkanı qazanıb. Artıq ölkəmiz, onun qalib ordusunun gücü barədə beynəlxalq birliklərdə dəqiq təsəvvür formalaşıb. Onlar görürlər ki, xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” kəlməsini Azərbaycan tarixinə əbədi yazan lideri var.

Elmi seminar maraqlı müzakirələrlə yadda qalıb.

 

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024