BDU-nun Tarix fakültəsində dəyirmi masa: “100-cü ilində Türkiyə Cümhuriyyəti: dünəni, bu günü, sabahı”

30/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “100-cü ilində Türkiyə Cümhuriyyəti: dünəni, bu günü, sabahı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Tarix fakültəsinin əməkdaşları ilə bərabər, dəvətli qonaq qismində Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce, Avrasiya Jurnalistlər Assosiasiyasının rəhbəri, “Devri-Alem” sənədli proqramının prodüseri İsmail Kahraman, AMEA Qafqazşünaslıq İnstitutunun elmi işçisi Fərahilə Babayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Sevinc Əliyeva iştirak ediblər.

Tədbiri Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov açdıqdan sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, ölkələrimizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin milli istiqlal müharibəsinə həsr edilmiş video nümayiş etdirilib. Daha sonra fakültədə nəşr olunan, Ali Attestasiya Komissiyasının nüfuzlu elmi nəşrləri siyahısına daxil edilmiş “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalın (https://aak.gov.az/single/426) Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi 2023-cü il tarixli 3-cü sayı tədqim olunub. Professor İbrahim Zeynalov “Tarix və onun problemləri” jurnalının nəşri tarixindən, respublika elmi ictimaiyyəti üçün əhəmiyyətindən danışıb, jurnalın təsisçisi və baş redaktoru, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarovaya və yaradıcı heyətə təşəkkürünü bildirib.

Tədbirdə BDU-nun professoru Qabil Əliyev “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa” mövzusunda məruzə edib. Məruzədən sonra qonaqlardan professor Mehmet Yüce, İsmail Kahraman və professor Sevinc Əliyeva, BDU-nun dosentləri Səidə Əli qızı və Sevinc Ruintən Türkiyə-Azərbaycan qardaşlığının tarixi kökləri, mövcud durumu və gələcəyi ilə bağlı fikirlərini bildiriblər.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024