BDU-nun Tarix fakültəsində şəhidlərimizin xatirəsi anılıb

26/09/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı və qürurlu səhifəsi olduğunu bildirib, O, mənfur ermənilər tərəfindən torpaqlarımızın işğalı, Ordumuzun keçdiyi inkişaf yolu barədə danışıb. Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyən İbrahim Zeynalov Ulu öndər Heydər Əliyevin bu istiqamətdə yüksək peşəkarlıqla həyata keçirdiyi xarici siyasət kursundan danışıb. O, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müqəddəs ata vəsiyyətini yerinə yetirdiyini, şanlı Zəfərin qazanılmasında xalq-iqtidar birliyinin əvəzsiz rol oynadığını vurğulayıb.

 

Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev bildirib ki, ermənilərin tarixi başdan-başa yalanlardan ibarətdir. O, tarixi Zəfərin canlı şahidi olan xalqımızın çox şanslı olduğunu, doğma Qarabağımızda üçrəngli bayrağımızın əbədi dalğalanacağını qeyd edib.

 

Tarix fakültəsinin IV kurs tələbəsi İsmayıl Məmmədli, II kurs tələbəsi Aytən Əhmədova Vətən müharibəsinin tariximizdə silinməz iz qoyduğunu söyləyib, şanlı Zəfəri canı, qanı bahasına qazanan şəhidlərimiz haqqında məlumat veriblər.

 

Daha sonra Tarix fakültəsinin tələbələri Nəbi Hüseynov Ehtiram Qurbanov Vətən müharibəsinə həsr etdikləri şeirlərini səsləndiriblər.

 

Sonda ordumuzun qəhrəmanlığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026