BDU-nun Tarix fakültəsində növbəti elmi tədbir
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Heydər Əliyev şəxsiyyəti gənc tarixçilərin gözü ilə” adlı elmi diskussiya keçirilib. Tədbirdə Tarix fakültəsinin Qafqaz Tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, Tarix fakultəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova və TEC üzvləri iştirak ediblər.
Məruzəçi BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqatçısı İradə Hüseynova bildirmişdirdi ki, mənsub olduqları xalqın taleyində misilsiz rol oynayan dahi insanlar dünyaya nadir hallarda gəlir və özlərindən sonra məktəb - həyat məktəbi qoyurlar. Azərbaycan xalqının taleyində belə bir şəxsiyyət Heydər Əliyev olmuşdur. Ümummilli liderimiz, müasir Azərbaycanın memarı Hеydər Əliyеvin bütünlüklə Azərbaycan xalqına və dövlətçiliyinə həsr etdiyi fəаliyyəti bir-birinə zidd оlаn iki müхtəlif ictimаi-siyаsi sistеmin qоvuşuğundаn kеçmiş və bunlаrın һər ikisindən о, bаcаrıqlа istifаdə еdib rеspublikаmızın һərtərəfli inkişаfını təmin еtmişdir. Böyük siyasi liderlər üçün bir çox mühüm əhəmiyyət kəsb edən xüsusiyyətlər xarakterikdir. Bu səciyyəvi cəhətlərdən biri siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduqları məqsədlərə yetişərək uğur qazanmaları, rəhbərlik etdikləri xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm, intuisiya və uzaqgörənliyin nəticəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən fenomenal şəxsiyyət Heydər Əliyev idi! Heydər Əliyev məhz millətinin gələcəyini düşünən lider olaraq bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr etmişdir.
Professor İ.Hüseynova Azərbaycanın inkişafında Ulu Öndər Heydər Əliyevin hər zaman milli təəssübkeş vətəndaş mövqeyinin dəyişməz olduğunu konkret faktlarla tədbir iştirakçılarına bildirib. Professor İradə Hüseynova bir tədqiqatçı olaraq hər çətin situasiyada Heydər Əliyevin uzaqgörən, müdrik, düşünülmüş addım atdığının əldə etdiyi sənədlərlə şahidi olan İradə Hüseynova həmin anların əvəzolunmazlığını bildirib.