BDU-nun Tarix fakültəsində "Şuşanın tarixi abidələri və mədəni irsi" mövzusunda tədbir keçirilib

05/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Şuşanın tarixi abidələri və mədəni irsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müəllimi Yunus Nəsirli tələbələrə Qarabağın tacı olan Şuşanın tarixi haqqında məlumat verib. Şuşanın nəinki Azərbaycanın, dünyanın da mədəniyyət incisi olduğunu vurğulayıb.

Bildirilib ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən Şuşa xalqımız üçün müstəsna mənəvi dəyərə malikdir. Ermənistan silahlı birləşmələri tərəfindən 30 ilə yaxın müddətdə şəhərin tarixi abidələri amansızlıqla dağıdılsa, maddi-mədəni və dini tikililəri talan edilib xarabazara çevrilsə də, düşmən bu şəhərin milli ruhunu məhv edə bilməyib. Şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Tədbirdə hazırda Şuşada aparılan sürətli bərpa-quruculuq işləri ilə bağlı da tələbələrə ətraflı məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunan Şuşada icra edilən layihələr, yenidənqurma və abadlıq işləri şəhərin ümumi inkişaf konsepsiyasına uyğun həyata keçirilməklə yanaşı, Qarabağın incisi olan bu şəhərin tezliklə əvvəlki şöhrətinə qayıdacağına əminlik yaradır. Hazırda Şuşanın tarixi abidələrinin bərpası istiqamətində Heydər Əliyev Fondu əvəzsiz xidmətlər göstərir. Bu cür xidmət Qarabağın incisi olan Şuşanın türk-müsəlman şəhəri kimi memarlıq simasının özünə qaytarılması ilə yanaşı, həm Qarabağın maddi-mədəni irsinin bərpasına dəyərli töhfə, həm də nəinki Şuşanın, eləcə də Azərbaycanın ictimai-siyasi, hərbi, elmi-mədəni həyatında mühüm xidmətlər göstərmiş tarixi şəxsiyyətlərə, onların irsinə göstərilən hörmət və ehtiramdır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024