BDU-nun Tarix fakültəsində "Xocalı - XX əsrin faciəsi" mövzusunda tədbir keçirilib

25/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində "Xocalı - XX əsrin faciəsi" mövzusunda tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Elşən Aslanov qeyd edib ki, bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz Xocalı soyqırımının günahkarlarını faktlarla, sübutlarla göstərərək tələbələrin də bu istiqamətdə daha geniş araşdırmalar aparmalı olduqlarını qeyd edib.

Tarix fakültəsinin II kurs tələbəsi Səkinə Babayeva Xocalı faciəsinin şahidi olmuş Yaqub Zamanovun ailəsinin başına gələn hadisələri auditoriyanın diqqətinə çatdırıb.

Tarix fakültəsinin IV kurs tələbəsi Qara Kərimov Xocalı soyqırımının unudulmaması üçün tarixçilərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Daha sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx izlənilib.

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026