BDU-nun Tarix fakültəsində "Xocalı-tarixdə ən dəhşətli soyqırım aktı" adlı tədbir

22/02/2022

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə "Xocalı-tarixdə ən dəhşətli soyqırım aktı" adlı tədbir keçirilib.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti barədə məlumat verib. Qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən genosid aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Türk xalqları tarixi kafedrasının dissertantı Vasif Nəbiyev Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində görülən işlər barədə danışıb. O bildirib ki, Xocalı soyqırımından 30 il ötməsinə baxmayaraq, hələ də bu dəhşətli terror aktına biganə qalan dövlətlər mövcuddur. O, Xocalı faciəsinin qurbanlarının qisasının 44 günlük Vətən müharibəsi zamanı ordumuz tərəfindən layiqincə alındığını vurğulayıb.

Tarix fakültəsinin II kurs tələbəsi Əfsanə Vəliyeva isə Xocalı faciəsinin şahidlərinin dilindən yazılmış hekayəni təqdim edib.

Sonda isə tələbələr tərəfindən hazırlanmış videoçarx və slayd izlənilib.

Xəbərlər

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı
16/05/2025

BDU-da “Elmi tədqiqatın aparılması və elmi əsərin yazılması” mövzusunda ustad dərsi

BDU-da “Elmi tədqiqatın aparılması və elmi əsərin yazılması” mövzusunda ustad dərsi
16/05/2025

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
16/05/2025