BDU-nun Tarix fakültəsinin tələbə-müəllim heyəti Qəbələdə alban məbədlərini ziyarət edib

31/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbə-müəllim heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qəbələ rayonuna səfər edib. Səfər zamanı Nic kəndi, alban kilsələri, "Azərbaycan Udi Ocağı" tarixi etnoqrafik park muzeyi, Müqəddəs Yelisey adına Cotari kilsəsi, Bulun kilsəsi, Alban-udi xristian dini icması ziyarət edilib.

2019-cu ildə Heydər Əliyev Fondu Bulun kilsəsində bərpa işlərinə başlayıb və 2020-ci ildə 44 günlük müharibə zamanı bərpa işləri başa çatıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2021-ci il mayın 15-də Bulun kilsəsini və Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət edib, görülən işlərlə tanış olub.

"Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyinə ziyarət zamanı Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Alban-udi xristian icmasına və alban kilsələrinə göstərilən qayğıdan bəhs edib.

Alban-udi xristian icmasının sədri Robert Mobili "Azərbaycan Udi Ocağı"nın gənc nəslin tariximizi öyrənməsi və hörmət etməsi yönündə oynadığı roldan danışıb, ziyarətçiləri muzeylə yaxından tanış edib.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026