BDU-nun “TEKNOFEST-2023”ün qalibi olan LAYİHƏLƏRİ

02/05/2023

Bakı Dövlət Universitetinin (BDU) “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında I və III yerləri tutan komandaları bu gün Vətənə qayıdacaq.

Qalib komandalarımızın layihələri ilə bağlı ətraflı məlumatı təqdim edirik:

Avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirən elektron sistem

BDU-nun “TEKNOFEST-2023”də I yerə çıxan “BSU Creativity Workz” komandası “Driver’s Eye” layihəsi ilə avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem yaradıb.

Layihə yol hərəkətində müşahidə edilən problemlərin süni intellekt əsasında həllinə həsr edilib.

Belə ki, layihədə nəqliyyat axınının, piyadaların hərəkətinin və avtomobilin idarə edilməsi zamanı yaranan “kor nöqtələr” süni intellekt əsaslı YOLO alqoritmi ilə analiz olunub. Bunun əsasında sürücünün görə bilmədiyi nöqtələri görən, baş verə biləcək avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem yaradılıb.

Əkin sahələrini avtomatik suvarmaqla su israfını minimuma endirmək

BDU-nun festivalda III yeri qazanan “Humantek” komandası “Ağıllı damla sulama sistemi” layihəsi ilə torpağın mineral tərkibindən, rütubət səviyyəsindən və hava şəraitindən asılı olaraq kənd təsərrüfatı sahələrini avtomatik suvarmaqla su israfını minimuma endirməyi hədəfləyib.

Layihə çərçivəsində torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyaların yerləşdirilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026