BDU-nun TGT sədri Rusiya-Azərbaycan IV Gənclər Təşəbbüsləri Forumunda iştirak edib

03/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ələkbər Həsənov Rusiyanın Stavropol şəhərində keçirilən Rusiya-Azərbaycan IV Gənclər Təşəbbüsləri Forumunda iştirak edib.

Tədbir çərçivəsində könüllülük, sahibkarlıq, iqlim dəyişikliyi mövzularında dəyirmi masa, təqdimat sessiyaları, diskussiyalar, panel müzakirələri, oyun və ustad dərsləri təşkil olunub.

BDU-nun TGT sədri Rusiya Tələbə Birliyinin Aparat rəhbəri Kseniya Piskareva ilə görüşüb, gənclərin şəbəkələşməsi və gənclər təşkilatlarının əməkdaşlığı məsələlərini müzakirə edib. Görüşün sonunda Kseniya Piskareva Ələkbər Həsənovu noyabr ayında Rusiyada keçiriləcək Rusiya Tələbə Birliyinin yaranmasının 65 illiyinə həsr olunmuş təntənəli tədbirə dəvət edib.

100-dən çox gəncin qatıldığı Forumun məqsədi iki ölkənin gənclərinin şəbəkələşməsi və təşəbbüslərin nümayişi üçün imkan yaradılması idi.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026