BDU-nun TGT üzvləri Akademik Yusif Məmmədəliyevin Memorial Muzeyində

13/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Kimya fakültəsi üzrə üzvləri Akademik Yusif Məmmədəliyevin Memorial Muzeyinə ziyarət ediblər.

Muzeyin direktoru Reyhan Əliyeva görkəmli alimin şərəfli həyat yolu, gənc nəslin yetişməsində rolu, qiymətli elmi kəşfləri haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Yusif Məmmədəliyev irsini öyrənmək hər bir kimyaçının mənəvi borcudur.

Muzey Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərir. Muzeydə görkəmli kimyaçı alimin həyatını, elmi fəaliyyətini əks etdirən  fotosənədlər, diplomlar, müxtəlif rəsmi sənədlər, elmi kəşflərinə dair sxemlər nümayiş etdirilir.

Tələbələr muzeydəki eksponatlarla tanış olublar. Sonda Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr olunmuş, onun həyat və yaradıcılığını əks etdirən qısametrajlı filmin diski tələbələrə hədiyyə edilib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026