BDU-nun THİK sədri Hacıbaba Mustafayev: “THİK uzun müddətli ənənəyə sahib olan bir təşkilat olaraq daim tələbələrin yanındadır”

04/02/2021

Tələbələr həmişə öz fəallıqları ilə seçiliblər. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlardan biri də Tələbə Həmkarlar İttifaqı Komitəsidir. Tələbələrin sosial fəaliyyətinin təşkili, təhsilalma şəraitlərinin yaxşılaşdırılması, sosial vəziyyətlərinə maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərirlər. Bu nöqteyi-nəzərdən Bakı  Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır.

Tələbələrin elmə və biliyə olan marağının artırılması, cismən və ruhən sağlam gəncliyin formalaşması, tələbələrə sosial dəstək, Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər əsasında fəaliyyətini tənzimləyən THİK konfrans, seminar, təlim, görüşlər təşkil edir, gənclərin rahat ünsiyyət yaratmaları, fikirlərini sərbəst ifadə etmələri  üçün diskussiya, debat və disputlar təşkil edir.

THİK-nin fəaliyyətindəki yeniliklər, gələcək planlar barədə THİK sədri Hacıbaba Mustafayev ilə müsahibə hazırladıq.

- Bir gənc olaraq öz fəaliyyətiniz barədə məlumat verin:

- Ali məktəbə qəbul olduğum gündən bəri Universitetin imkanlarından istifadə edərək, şəxsi inkişafım planında çalışmışam. Hazırda Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsiyəm. Dərslərlə yanaşı, ictimai, sosial sahədə də aktivlik göstərərək bir neçə müsahibə və məqalələrim müxtəlif KİV-də dərc olunmuşdur. Həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkələrin səfirləri ilə müsahiə hazırlamışam. Bakalavr pilləsində təhsilim müddətində bir neçə beynəlxalq təşkilatların gənclik platformalarında da fəaliyyət göstərmişəm. Eyni zamanda Türkiyədən olan jurnalist həmkarlarımız ilə birgə XX əsrdə baş verən Ahıska türklərinin sürgünündən bəhs edən kitabın tərtibi və redaktəsini həyata keçirmişik. 2019-cu ilin 12 dekabr tarixində Türkiyədə Prezident sarayında cənab Rəcəb Tayyib Erdoğanın iştirakı ilə kitabın təqdimatı olub. Eyni zamanda fərqli beynəlxalq təşkilatlarda yer almış tədbirlərdə iştirak etmişəm. 2020-ci ilin iyul ayından BDU THİK-nin sədri vəzifəsini icra edirəm. BDU THİK sədri seçildikdən sonra bu işin məsuliyyətini dərk edərək, tələbərimizin elmə-biliyə olan maraqlarının artırılması, onlayn dərslərə davamiyyətin təşkili üçün çalışır, sosial cəhətdən yardımların çatdırılması üçün əlimdən gələni edirəm.

- THİK-nin işi gənclərlə bağlıdır. Bu təşkilatın gənclərin inkişafına dəstək tədbirləri nələrdir?

- THİK uzun müddətli ənənəyə sahib olan bir təşkilat olaraq daim tələbələrin yanındadır. Onların şəxsi inkişafında, qrup halında bilik və bacarıqlarının inkişaf etdirilməsi, təşkilatçılıq qabiliyyətinin artırılması baxımından daima gənclərə dəstək veririk. İctimai, mədəni-kütləvi tədbirlərin təşkilində iştirak edir, sosial yardımlar edərək dəstək olmağa çalışırıq. Eyni zamanda vətənpərvərlik ruhunun yüksəldiməsi, milli-mənəvi dəyərlərimizin təşviqi üçün tələbələrlə daim ünsiyyətdədir.

- Distant təhsil dövründə komitə tərəfindən hansı işlər görülüb və görülməkdə davam edir?

- BDU THİK olaraq yeni komandamızla birlikdə tələbələrin elmə yönləndirilməsi üçün 83 fərqli mövzuda onlayn tədbir, 2 elmi konfrans və yazı qabiliyyətlərinin inkişafı üçün 2 esse müsabiqəsi keçirmişik. Eyni zamanda müharibə dövründə informasiya cəbhəsində "Qarabağ İnfo" layihəsini həyata keçirdik. Layihə çərçivəsində 8 dildə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə sosial şəbəkələr vasitəsi ilə çatdırmağa səy göstərdik. Bu layihə xarici dil biliyi olan tələbərimizlə birgə icra edilirdi. Bundan əlavə Azərbaycan Silahlı Qüvvələri Yardım Fonduna təşkilatımız 4000 manat vəsait köçürdü. İl ərzində pandemiya şəraitini nəzərə alaraq, tələbələrin uzaqdan təhsilinə kömək etmək üçün 300 tələbəyə internet paketi yardımı olundu, 5 tələbəmizə isə adlı təqaüd verildi. Elmi müzakirələrə tələbələri cəlb etmək məqsədilə “Genius club” təsis olunub və hazırda fəaliyyət göstərir. Yeni fəaliyyət planı çərçivəsində "Gənc İntelektuallar Məktəbi" layihəsini təsis edərək 1-ci kursların elmi biliklərini və dünyagörüşünü artıracaq təlimlərə start vermişik.

- Universitetimizin gənclər sahəsində işi barədə nə deyə bilərsiniz?

- Qeyd etmək istəyirəm ki, universitetimizdə də hər zaman tələbələrimizin elmə marağını artırmaq, sosial aktivliklərinə dəstək olmaq, vətənpərvərlik ruhunun yüksəldilməsi üçün tədbirlər təşkil olunur. Rektorumuz cənab Elçin Babayev tələbə təşkilatlarının, gənclərin inkişafı üçün çalışır, tələbələrlə birlikdə tədbirlərdə iştirak edərkən onları aktiv olmağa çağırır, onlardan dəstəyini əsirgəmir. Eyni zamanda tələbə yataqxanası yenilənmiş, beynəlxalq əlaqələrimiz genişləndirilmişdir. Mən 3-cü kursda təhsil alarkən qurulan beynəlxalq əlaqələr sayəsində Rusiya və İsveçrədə fərqli təlim, konfraslarda universitetimizi və ölkəmizi təmsil etmişəm.

- Son olaraq nə əlavə etmək istərdiniz?

- Ümumilikdə ölkə rəhbərliyimiz tərəfindən gənclər sahəsində görülən işlər sayəsində tələbə-gənclər olaraq inkişaf edirik və irəliləyirik. Biz gənclərə göstərilən bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığımızı bildiririk!

Müsahibəni hazırladı:

Günel Orucəliyeva

Nərminə Əsədova

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024