BDU-nun THİK üzvləri Universitetin Heydər Əliyev muzeyində

08/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Kimya fakültəsi üzrə fəal üzvləri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin mütəxəssisi Afət Seyidbəyova muzey haqqında tələbələrə məlumat verib.

Qeyd olunub ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.

Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, ömrünün ən incə məqamlarından bəhs edən sənədlər və fotoşəkillər tələbələrdə böyük təəssürat yaradıb.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026