BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Beynəlxalq Ayın Müşahidə Gecəsi” keçirilib

06/10/2022

NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtələrindən biri olan BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində (TETYM) “Beynəlxalq Ayın Müşahidə Gecəsi” (“International Observe the Moon Night”) keçirilib. Tədbirə müxtəlif fakültələrdən 70-dən çox tələbə qatılıb. Əvvəlcə tələbələrə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müəllimləri tərəfindən Ay haqqında ətraflı məlumat verilib. Daha sonra tədbir iştirakçıları teleskop vasitəsilə Ayın səthini müşahidə ediblər. Tələbələr Ay ilə yanaşı, Yupiter və Saturn planetlərini də müşahidə etmək imkanı əldə ediblər.

Daha sonra “Kosmos həftəsi” tədbirləri çərçivəsində TETYM və Astrofizika kafedrasının birgə təşkil etdiyi Astronomiya elminə aid “Təxmin Et” yarışması keçirilib. Müxtəlif fakültələrdən olan 16 nəfər tələbənin qatıldığı yarışmada maksimal balı toplayan ilk 5 tələbəyə hədiyyələr verilib. Sonda bütün tədbir iştirakçısı olan tələbələrə NASA tərəfindən hazırlanmış sertifikatlar təqdim edilib. Sosial platformlarda onlayn yayımlanan tədbirin materialları, tədbirdə çəkilmiş Ayın yüksək ayırdetməli fotoları NASA rəsmilərinə təqdim edilib.

Qeyd edək ki, “Beynəlxalq Ayın Müşahidə Gecəsi” NASA tərəfindən 2009-cu ildən etibarən hər il təşkil olunur. Sentyabrın 26-da BDU-da təşkil olunmuş Yupiter və Saturnun müşahidəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla Universitet NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub. NASA-nın hazırda dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024