BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

11/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən “Data Science” təlimlərinə start verilib.

Təlim çərçivəsində tələbələrə verilənlərin toplanması, təhlili, vizualizasiyası və analiz nəticələrinin düzgün təqdim edilməsi öyrədiləcək. Həmçinin, “Python”, “Excel” və digər müasir alətlər vasitəsilə verilənlərin emalı və maşın öyrənməsinin əsas prinsipləri praktiki nümunələrlə tədris olunacaq.

Proqrama qəbul olunan tələbələr 6 ay ərzində real şəraitdən götürülmüş problemlərin həlli üzərində çalışacaq, statistik analiz və data vizualizasiyası ilə iş təcrübəsi əldə edəcəklər. Təlimi uğurla başa vuran tələbələr gələcəkdə data analitikası və maşın öyrənməsi sahəsində fəaliyyət göstərmək üçün zəruri olan bilik və bacarıqlara yiyələnəcəklər.

Təlim iştirakçıları həm fərdi, həm də qrup halında layihələr üzərində işləyərək, komanda işini və analitik düşüncə qabiliyyətlərini inkişaf etdirəcəklər.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026