BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru Türkiyədə beynəlxalq müsabiqənin qalibi olub

14/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (TETYM) direktoru İlyas Nəsibov Türkiyənin İstanbul şəhərində “EV Charge Show” E-Mobillik, İnnovasiya və Sahibkarlıq Müsabiqəsinin qalibi olub.

Beynəlxalq “EV Charge Show 2025” konfransı bu il 12 – 14 noyabr tarixlərində dördüncü dəfə Türkiyənin İstanbul şəhərində təşkil olunub. 
Konfransa dünyanın müxtəlif ölkələrindən olan istehsalçılar, mütəxəssislər, investorlar və startap müəllifləri qatılıb. Konfransda elektrikli nəqliyyat vasitələrinin şarj texnologiyaları, yeni nəsil şarj stansiyaları, batareya texnologiyaları, ağıllı şarj şəbəkələri, enerji saxlama və ötürmə sistemləri üzrə ən son yeniliklər təqdim olunub.

Hər il konfrans daxilində təşkil olunan “İnnovasiya və sahibkarlıq” yarışmasında dünyanın müxtəlif ölkələrindən olan startap müəllifləri ağıllı şarj texnologiyaları, IoT və süni intellekt əsaslı sistemlər, yeni nəsil batareya və enerji depolama texnologiyaları, avtonom hərəkət texnologiyaları kateqoriyaları üzrə öz layihələrini təqdim edirlər.

BDU-nun TETYM direktorunun təqdim etdiyi “WoltGo – Nəqliyyat və enerji tələbatını eyni anda qarşılayan ağıllı platforma” layihəsi yarışmada finala vəsiqə qazanan ilk 8 layihədən biri olub. Final təqdimatından sonra layihə III yerə layiq görülüb.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026