BDU-nun “Tələbə evi”nin ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası

05/04/2023

Bakı Dövlət Universitetinin (BDU) “Tələbə evi”nin ərazisində “Heydər Əliyev İli” çərçivəsində Yasamal rayon İcra Hakimiyyəti, BDU və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, BDU rektoru Elçin Babayev, Milli Məclisin üzvü Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, yerli idarə və təşkilat təmsilçiləri, Yasamal bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı Eldar şamı, sərv, tuya, akasiya və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılıb, ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiya zamanı həmçinin ərazidə daha öncə əkilmiş ağaclar suvarılıb, taxta dirəklərlə möhkəmləndirilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026