BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

07/10/2022

Bakı Dövlət Universitetinin (BDU) tələbə və əməkdaşlarının təqdim etdiyi 4 layihə Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində qalib olub.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi (TETYM) tərəfindən təqdim edilmiş iki layihə müsabiqənin “İnnovativ gənclik” qrantı üzrə “Böyük qayıdış innovasiyaları” və “Dördüncü Sənaye İnqilabı təşəbbüsləri” mövzularında qrant əldə edib. Təqdim edilmiş layihələr “Qarabağın “ağıllı kənd” konsepsiyası əsasında qurulmasında “yaşıl” və “aqrar” texnologiyaların tətbiqi” mövzusuna aid olub. Yaxın zamanda TETYM-də hər iki layihənin prototipinin hazırlanmasına başlanacaq. Prototiplərin hazırlanmasında Fizika və Kimya fakültələrinin tələbələri iştirak edəcək. Hazırlanacaq prototiplərin Qarabağın “ağıllı kənd” konsepsiyası əsasında qurulan müxtəlif bölgələrində tətbiq edilməsi nəzərdə tutulur.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Orxan Güləhmədov tərəfindən təqdim edilmiş “İnnovativ Gənc Mühəndislər – tərsinə mühəndislik biliklərinin gənclərə aşılanması” adlı layihə müsabiqənin “İnnovativ gənclik” kateqoriyası üzrə qalib olub. Layihənin əsas məqsəd gənclərin elmi-texniki, praktiki bacarıqlarını və ümumilikdə intellektual səviyyəsini inkişaf etdirmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaq və onların asudə vaxtlarını səmərəli keçirməsini təşkil etməkdir.

Coğrafiya fakültəsinin I kurs magistrı Kəmalə Məmmədova tərəfindən təqdim edilmiş “BrainStorm” adlı layihə isə müsabiqənin “Gəncdən gəncə” kateqoriyası üzrə qalib olub. Layihə həvəskar gənclər üçün şahmat, debat və STEAM üzrə 3 günlük intellektual gecənin keçirilməsində ibarətdir.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026