BDU-nun tələbə və əməkdaşları KOBİA-nın VII qrant müsabiqəsinin qalibidirlər

07/07/2025

Bakı Dövlət Universitetinin (BDU) tələbə və əməkdaşları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi VII qrant müsabiqəsinin qalibi olublar.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının (ETL) müdiri Qumru Hüseynovanın “Aqrar təsərrüfatla məşğul olan kiçik və orta biznes subyektlərinin torpaqsız əkin sisteminə keçidinə dəstək” layihəsi qalib elan olunaraq, 19851 manat məbləğində qrantla dəyərləndirilib.

Layihənin məqsədi hidroponik əkin sistemini tətbiq edən sahibkarların təsərrüfatlarında iqtisadi səmərəliliyi artırmaqdır.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı, Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nicat Həsənovun “EcoBin – dayanıqlı torpaq üçün ağıllı kompostlama” layihəsi də müsabiqənin qalibi olub. Layihənin məqsədi kompost gübrələrin istifadəsi ilə torpaq sağlamlığını yaxşılaşdırmaq və kimyəvi gübrələrə olan ehtiyacı əhəmiyyətli dərəcədə azaltmaqdır. Layihə 18751 manat məbləğində maliyyə dəstəyi ilə həyata keçiriləcək.

BDU-nun ICESCO-nun Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova, Sənaye kimyası ETL-in müdiri Ələkbər Hüseynzadə və Biomühəndislik ETL-in elmi işçisi Nurlan Əmrahov tərəfindən təqdim olunan “Asan quraşdırıla bilən, sadə konfiqurasiyalı nanohepofilterlərin dizaynı və prototipinin hazırlanması” layihəsi müsabiqədə 17223 manat məbləğində maliyyə dəstəyi qazanıb.

Layihənin əsas məqsədi karbon qazını (CO₂) tutmaq qabiliyyətinə və bakterisid xassələrə malik olan ikili nanohepofilterlərin hazırlanması və onların prototiplərinin dizaynıdır. Sözügedən filtr sistemləri həm ekoloji, həm də biotibbi sahələrdə tətbiq oluna biləcək müasir texnologiyalar sırasındadır.

https://smb.gov.az/az/nav/qrant

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbulun nəticələri açıqlanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbulun nəticələri açıqlanıb
07/07/2025

BDU-nun tələbə və əməkdaşları KOBİA-nın VII qrant müsabiqəsinin qalibidirlər

BDU-nun tələbə və əməkdaşları KOBİA-nın VII qrant müsabiqəsinin qalibidirlər
07/07/2025

BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində Yay tələbə düşərgəsi təşkil olunub

BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində Yay tələbə düşərgəsi təşkil olunub
07/07/2025