BDU-nun tələbə və əməkdaşlarının nəzərinə

27/04/2023

Bakı Dövlət Universitetinin (BDU) tələbə və əməkdaşlar arasında elan etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqalə və esse müsabiqələri bu gün başa çatır.

BDU-nun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ULU ÖNDƏR - MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU” adlı məqalə müsabiqəsinə təqdim edilən məqalələr 2023-ci il aprelin 27-i saat 17:00-dək İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun əməkdaşları iştirak edə bilərlər.

Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər:

I yer  - 1500 manat;

II yer - 1000 manat;

III yer - 700 manat.

BDU-nun tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” adlı esse müsabiqəsinə təqdim edilən esselər 2023-ci il aprelin 27-i saat 17:00-dək İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.

Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

I yer – 700 manat;

II yer – 500 manat;

III yer – 300 manat.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89

e-mail: press-service@bsu.edu.az

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024