BDU-nun tələbə və müəllimləri MAGnUS Erasmus+ KA2 layihəsi çərçivəsində təşkil edilən onlayn yay məktəbində iştirak ediblər

29/07/2020

20-24 iyul 2020-ci il tarixlərində Erasmus+ KA2 layihəsi çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin koordinatorluğu ilə “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı onlayn yay məktəbi təşkil edilib. Yay məktəbinin təşkil edilməsinin məqsədi yeni yaradılacaq magistr proqramının bəzi mövzularını tərəfdaş universitetlərin müəllimləri tərəfindən tələbələrə çatdırmaq olub.

Bakı Dövlət Universitetinin (BDU) yeddi bakalavr tələbəsinin qatıldığı onlayn yay məktəbində ümumilikdə Azərbaycan və Rusiyanın tərəfdaş kimi cəlb edilmiş universitetlərindən 44 bakalavr və magistrant iştirak edib. BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Rəşad Əliyev “Verilənlər bazasının dizaynı” və “Mobil inkişafda məlumatların təhlükəsizliyi” mövzusunda, Universitetin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin məzunu, oyun dizaynı üzrə mütəxəssis Ağababa Bağırov “Oyun dizaynına giriş” haqqında ingilis dilində məruzə ediblər.

Onlayn təşkil olunan yay məktəbində Bakı Dövlət Universiteti ilə yanaşı,  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti (BMU), Portuqaliyanın Politexnik Tomar Universiteti, İngiltərənin Derbi Universiteti, Estoniyanın Tallin Universiteti, Rusiya Federasiyasının Cənubi Federal Universiteti, Həştərxan Dövlət Universiteti və Voronej Dövlət Universitetinin əməkdaşları da çıxış ediblər.

Yay məktəbinin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024