BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

26/09/2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.

Tədbirdə ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsinin dövlətin məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyi vurğulanıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən cari ilin 8 ayı ərzində işlə təmin olunanların 14 056 nəfəri, peşə hazırlığı kurslarına cəlb edilənlərin 465 nəfəri, haqqı ödənilən ictimai işlərə cəlb olunanların isə 7 945 nəfəri gənclərdən ibarət olub.

Tədbirdə tələbə və məzunlara 60 müəssisədən, ümumilikdə  360  boş (vakant) iş yeri təklif olunub.

Gənclər işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

KIV-də yayımlananlar

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024