BDU-nun tələbələri Milli Azərbaycan Tarixi və Azərbaycan İstiqlal Muzeylərini ziyarət ediblər

24/11/2021

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının üzvü olan tələbələr Milli Azərbaycan Tarixi və Azərbaycan İstiqlal Muzeylərini ziyarət ediblər.

Ziyarət çərçivəsində İstiqlal muzeyinin zallarında nümayiş olunan Azərbaycan Respublikasının dövlət atributlarına, xanlıqlar dövrünə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş hadisələrə, Azərbaycanın repressiya və İkinci Dünya müharibəsi illərindəki tarixinə, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə və respublikamızın müstəqillik dövrünə həsr olunmuş eksponatlar və Azərbaycanın görkəmli hərbçisi Səməd bəy Mehmandarov haqqında ətraflı məlumat verilib.

Bələdçi muzeydə 20 min eksponatın, onların sırasında nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyaların olduğunu da qeyd edib.

Azərbaycan Milli Tarix Muzeyinə ziyarət edən tələbələrə tariximizin hər bir mərhələsi üçün səciyyəvi məna kəsb edən eksponatlar barəsində ətraflı məlumat verilib.

Ziyarətlər tələbələrin ümumi biliklərinin və dünyagörüşlərinin genişləndirilməsinə, onların maarifləndirilməsinə, Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan xalqının dəyərləri və adət-ənənələri haqqında dərin biliklərə yiyələnməsinə yönəlib.



Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026