BDU-nun tələbələri “Vətənim Azərbaycandır" adlı esse müsabiqəsinin qalibi olub

04/11/2021

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Bu qələbə münasibətlə əsərlər yazılır, ölkəmizdə yarmarkalar təşkil edilir, müsabiqələr keçirilir. Keçirilən belə müsabiqələrdən biri "Vətənim Azərbaycandır" adlı esse müsabiqəsi uğurla başa çatdı.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan ali məktəb tələbələri arasında Vətən müharibəsində qazanılmış şanlı qələbəmizin 1-ci ildönümünə həsr olunmuş "Vətənim Azərbaycandır" adlı esse müsabiqəsinin nəticələri açıqlanıb.

Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə qaliblər diplom və mükafatlarla təltif ediliblər. Müsabiqədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi Sevinc İbrahimzadə 1-ci yer, Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Aynurə Abbaszadə  2-ci yer, Hüquq fakultəsinin magistrantı Aydan Həsənova 3-cü yerin qalibi olub. Jurnalistika fakültəsinin 2-ci kurs tələbələri - Fidan Məmmədli və Nəzrin Gəncəliyeva isə həvəsləndirici mükafata layiq görülüblər.

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri əfsanəvi kəşfiyyatçı Murov Qartalı ləqəbli aprel Şəhidi polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucovadır.

Tələbələrimizi təbrik edir, təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

 

Xəbərlər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider
12/12/2025