BDU-nun tələbəsi Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən debatda iştirak edib

13/10/2020

Volt Avropa Siyası Gənclər hərəkatı Dağlıq Qarabağ münaqişəsi mövzusunda onlayn debat təşkil edib. Debatda Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin magistrantı Rəsul Mehdiyev iştirak edib.

Azərbaycan və Ermənistanı təmsil edən tələbələrinin qatıldığı debatda münaqişənin həll yolları müzakirə olunub, beynəlxalq hüquqlara əsaslanan faktlar irəli sürülüb. Rəsul Mehdiyev məsələnin həll yolunun işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazilərindən çıxarılması olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan tərəfi daim sülh tərəfdaşı olmasına baxmayaraq aparılan sülh danışıqları nəticəsiz qalıb. 2019-cu ildə Ermənistan baş naziri Nikol Paşinyanın Şuşada etdiyi çıxışı isə aparılan sülh danışıqlarının artıq heç bir nəticə verməyəcəyinin bariz nümunəsi olub. Bu səbəbdən bütün erməni hərbi qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb etdiyimizə diqqət çəkib.

Debatda Ermənistan tərəfinin bütün iddiaları faktlar əsasında cavablandırılıb və əsassız olduğu sübut olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026