BDU-nun tələbəsi “Süni intellektin gözündə Zəfərimiz” fotomüsabiqəsinin qalibi olub

28/11/2025

Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə şanlı Zəfərimizin 5 illiyi ilə əlaqədar keçirilən “Süni intellektin gözündə Zəfərimiz” mövzusunda fotomüsabiqə başa çatıb.

Müsabiqənin məqsədi 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfəri sənət vasitəsilə ifadə etmək, tarixi həqiqətləri innovativ yolla yeni nəsillərə ötürmək və vizual sənətin gücü ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Münsiflər heyətinin qərarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbəsi Aysu Qasımovanın işi müsabiqədə I yerə layiq görülüb.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026