BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Həsənbəy Arazov vəfat edib

20/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (ETİ)  İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi Həsənbəy Arazov vəfat edib.

Həsənbəy Arazov 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə BDU-nun Fizika fakültəsini bitirib. 1962-1964-cü illərdə BDU-da böyük laborant, 1961-1981-ci illərdə AMEA-da və Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi, böyük elmi işçi, 1981-1984-cü illərdə Təbii Ehtiyatların Kosmik Müşahidəsi İnstitutunda, 1984-1991-ci illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük elmi işçi vəzifələrində işləyib.

O, 1988-2020-ci illərdə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Riyazi modelləşdirmə və  avtomatlaşdirilmiş sistemlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ildən isə Tətbiqi Riyaziyyat ETİ-nin İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi idi.

Həsənbəy Arazov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

BDU rəhbərliyi və kollektivi Həsənbəy Arazovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!



Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026