BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

08/08/2023

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 9 kafedra və 2 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.

Fakültədə Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, Iqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində 3 ixtisas - Kompüter elmləri, İnformatika müəllimliyi və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Kompüter elmləri ixtisası üzrə məzunlar İT mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi və s. sahələr üzrə işləyə bilərlər.

İnformatika müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) İnformatika fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.

İnformasiya təhlükəsizliyi ixtisasını bitirən məzunlar informasiya təhlükəsizliyi üzrə mütəxəssis, analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, İT layihəsinin meneceri, verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, PHP proqramçısı və s. işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026